Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tələb etdi
Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tələb etdi
13 Sentyabr 2019 14:14 DünyaUkrayna Prezidenti Vladimir Zelenski Qərb ölkələrini Rusiyaya qarşı sanksiya siyasətini davam etdirməyə çağırıb.
Bu barədə Zelenski Kiyevdə keçirilən Yalta Avropa Strategiyası forumunda çıxışı zamanı deyib.
"Qərbdə bəzi insanlar pul itirdikləri üçün sanksiyaların qaldırılması barədə danışırlar. Biz isə insanlarımızı itiririk. Sülh olana qədər sanksiyalar saxlanılmalıdır",-deyə Ukrayna Prezidenti vurğulayıb.
Ukrayna lideri sanksiyaları "sülh üçün vergi" adlandırıb, Ukrayna xalqının xoşbəxtliyinin əsas şərtini Donbasdakı müharibənin sona çatmasında gördüyünü bildirib.
virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31