Rəsmi Tehrandan ABŞ-ın sanksiya qərarına münasibət
Rəsmi Tehrandan ABŞ-ın sanksiya qərarına münasibət
5 Sentyabr 2019 14:07 Dünyaİran Xarici İşlər Nazirliyi ABŞ-ın bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları genişləndirmək qərarını şərh edib.
XİN-in nümayəndəsi Abbas Müsəvi "RT" telekanalına açıqlamasında növbəti məhdudlaşdırıcı tədbirlərin İran millətinə zərbə vurmaq məqsədi daşıdığını bildirib.
"Bu cür tədbirlər hər zamanki kimi heç bir şeyə səbəb olmayacaq. Bu, ABŞ-ın iranlılarla aldadıcı rəftarının tarixinə kədərli anlar əlavə edəcək, baxmayaraq ki, bir gün öz hərəkətləri üçün mütləq məsuliyyət daşıyacaqlar", - deyə XİN rəsmisi vurğulayıb.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi sentyabrın 4-də İranın 20-dən çox fiziki və hüquqi şəxsinə, eləcə də bir neçə neft tankerinə qarşı sanksiya tətbiq edib.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31