"Dorian" qasırğasında ölənlərin sayı 20-yə yüksəlib

Baham adalarında baş verən "Dorian" qasırğası səbəbindən həyatını itirənlərin sayı 20-yə yüksəlib.

Baham adalarında baş verən "Dorian" qasırğası səbəbindən həyatını itirənlərin sayı 20-yə yüksəlib.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu barədə Baham adalarının Səhiyyə naziri Duane Sands məlumat verib.

O bildirib ki, ölənlərin sayının artacağı istisna deyil.

70 min nəfərin ərzaq və təmiz içməli su kimi təcili humanitar yardıma ehtiyac duyduğu da əlavə olunub.

Qeyd edək ki, "Dorian" qasırğanın Florida və Georgia əyalətlərini vurması, həmçinin Cənubi və Şimali Karolinada da təsirli olması gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31