Kabildə partlayış - 8 ölü, 30 yaralı

Kabildə partlayış - 8 ölü, 30 yaralı

Əfqanıstanın paytaxtı Kabilin Şaş Darak rayonunda hökumət binasının yaxınlığında partlayış baş verib.

Olaylar.az "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə "Pajvak" agentliyi məlumat yayıb.

Partlayış nəticəsində ən az 8 nəfər həlak olub, 30-dan çox yaralı var.

Məsuliyyəti hələ heç bir radikal qruplaşma öz üzərinə götürməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31