Rusiyada kişi “qıtlığı” yaranıb – 2036-cı ilədək belə olacaq

Rusiyada kişi “qıtlığı” yaranıb – 2036-cı ilədək belə olacaq

Federal Dövlət Statistika Xidmətinin proqnozuna görə Rusiyada 2036-cı ilədək demoqrafik üstünlüyü qadınlar təşkil edəcək. Olaylar.az  xəbər verir ki, Rusiya Federasiyasında 2019-cu ildə kişi ilə qadın nisbəti 1000 kişi - 1154 qadın nəfər kimi qeyd olunub. 2036-cı ildə isə hər 1000 nəfər  kişiyə 1128 nəfər qadın düşür.

Xatırladaq ki, Çukotka Rusiya Federasiyasında hələlik qadınların daha az olacağı yeganə bölgə olaraq qalır - burada hər 1000 kişiyə 956 qadın düşür. Bundan başqa proqnoza əsasən bildirilir ki, 17 ildən sonra qadınların sayı təxminən 15 faiz azalacaq.

2031-ci ildən sonra isə Kamçatkada daha çox kişi ola bilər.

Mütəxəssislərin sözlərinə görə buna səbəb kişilərin qısa ömürlü olmasıdır: "İlkin mərhələdə doğulan qızlar və oğlanların sayı təxminən eynidir. 0-4 yaşında hər 1000 oğlana 947 qız, 20-25 yaşında 1000 kişiyə 1023 qadın düşür və daha da azalır".

Qeyd edək ki, 70% kişilərin ölümünə səbəb alkoqollu içkilərdir, ən həssas yaş kateqoriyası isə 50 yaşdan 60 yaşa qədər olan insanlardır.

azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31