Sabiq nazir elektoratın onu başa düşməyi üçün bığını qırxdı
Sabiq nazir elektoratın onu başa düşməyi üçün bığını qırxdı
26 Avqust 2019 14:37 Dünya"Dodaqlarımdan oxuyun..."
İsrailin keçmiş müdafiə naziri Amir Perets 47 il saxladığı bığını qırxdı.
Olaylar.az bildirir ki, bu barədə Perets özünün "facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, o, belə bir addımı parlament seçkilərinə bir neçə həftə qalmış elektoratın onun proqram ismarışlarını "dodaq hərəkətləri"nə görə oxuya bilməsi üçün atıb.
O qeyd edib ki, görünür, əvvəllər bığları onun dodaqlarını görməyə və onun nə dediyini eşitməyə mane olurdu.
Perets bığlarını qırxan kimi, ilk növbədə, ölkənin Baş naziri Benyamin Netanyahunu dəstəkləyəcəyi və onun hökumətinə daxil olacağı barədə yayılan məlumatları təkzib edib.
"Dodaqlarımdan oxuyun... Bibi Netanyahu ilə eyni hökumətdə oturmayacağıq. Vəssalam", - deyə Perets vurğulayıb.
AzNews.az