İsrailin 2 dronu vuruldu
İsrailin 2 dronu vuruldu
26 Avqust 2019 14:09 DünyaLivanın paytaxtı Beyrutun cənubunda İsrailə aid 2 Pilotsuz Uçuş Aparatı (PUA) vurulub.
Olaylar.az xəbər verir ki, Livan mediası PUA-ların gecə saat 02:30 radələrində məhv edildiyini yazır.
Məlumata görə dronlardan biri Hizbullah Təşkilatının Muavvad bölgəsindəki mərkəzi yaxınlığında vurulub. Dronlardan biri havada məhv edilib, digəri isə Hizbullahın ofisinin damına düşüb.
Livan prezidenti ölkə paytaxtında İsrail dronlarının peyda olmasını sərt formada tənqid edib.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31