Çində 200-ə yaxın uçuş təxirə salındı

Çində 200-ə yaxın uçuş təxirə salındı

Çinin Nançan şəhər beynəlxalq hava limanında xarici şirkətlərdən birinə məxsus yük təyyarəsi uçuş-enmə zolağında xarab olub.

Olaylar.az  xəbər verir ki, havaya qalxmağa çalışan təyyarənin mühərriklərində nasazlıq yaranıb. Pilot qəza əyləc sistemini işə salaraq təyyarəni dayandırıb. Bu zaman təyyarənin şassiləri partlayıb və zolağın asfalt örtüyü zədələnib. Nəticədə hava limanında təyyarələrin enməsi və qalxmasında fasilə yaranıb. 196 reys ləğv edilib.

Təxminən 11 saat sonra nasaz təyyarə uçuş zolağından uzaqlaşdırılıb. Ondan sonra hava limanında uçuşlar bərpa olunub.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31