Tramp Zəriflə görüşdən imtina etdi
Tramp Zəriflə görüşdən imtina etdi
26 Avqust 2019 13:00 DünyaABŞ Prezidenti Donald Tramp G7 sammitində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşməkdən imtina edib.
Olaylar.az xəbər verir ki, Tramp bunu "Röyter"ə açıqlamasında deyib. O, Zəriflə görüş haqda danışmağın hələ çox tez olduğunu bildirib.
Tramp, həmçinin, Zərifin G7-yə gəlmək məsələsinə razılıq verməsi üçün ondan Fransa Prezidenti Emmanuel Makronun xahiş etdiyini deyib.
ABŞ lideri İranı güclü dövlət kimi görmək istədiyini və burada hakimiyyət dəyişikliyi əldə etməyə çalışmadığını vurğulayıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31