2 otel təxliyə edildi - SƏBƏB
2 otel təxliyə edildi - SƏBƏB
1 İyul 2019 17:24 DünyaTürkiyənin qərbində İzmir vilayətində iki otel təxliyə edilib.
Təxliyə yaxınlıqdakı meşədə baş vermiş yanğın səbəbindən aparılıb.
Məlumata görə, yanğının otellərə çatması təhlükəsi böyük olmasa da, turistlərin təxliyəsi tüstüdən zəhərlənmə ehtimalının olması səbəbindən aparılıb.
Hələ ki baş vermiş meşə yanğınları nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Hazırda meşədə baş vermiş yanğının söndürülməsi istiqamətində operativ iş aparılır.
trrend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31