Antalyada meşə yanğını baş verib

Antalyada meşə yanğını baş verib

Türkiyənin Antalya vilayətində meşə yanğınları qeydə alınıb.

Yerli mətbuat yazır ki, Serik rayonunda 5 hektar ərazidə meşələr yanır.

Yanğının qarşısının alınması üçün dörd helikopter cəlb olunub.

Bundan başqa, İzmirdə də meşə yanğınları davam edir. Bu gün İzmirdə iki hoteldən turistlər təxliyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31