Tramp - "Prezidentlik maaşımı bağışlayıram"

ABŞ prezidenti Donald Tramp illik maaşının 25 faizini Daxili Təhlüksəzlik Nazirliyinə verib.

Olaylar.az bildirir ki, Tramp, bu barədə sənədin fotosunu  "Twitter" hesabında paylaşıb:

"Amerika mediası bunu yazmağı sevmir. Onlara ehtiyacım da yoxdur. Mən 400 min dollarlıq prezidentlik maaşımı müxtəlif qurumlara bağışlayıram".

Qeyd edək ki, ABŞ prezidentinin illik maaşının 25 faizi - 100 min dollar təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31