BƏƏ dünyanın ən təhlükəsiz ölkəsidir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əhalisinin 96,1 faizi gecə gəzintiləri zamanı özlərini təhlükəsizlikdə hiss edirlər və bu da dünyada ən yüksək göstəricilərdən biridir.

Olaylar.az bildirir ki, bu barədə Dubay polisinin ictimai təhlükəsizlik idarəsi sədrinin müavini, general Dahi Xalfan Təmim açıqlama verib.

General bildirib ki, əmirliyin polisi, həmçinin Nyu-Yorkdan sonra həyəcan çağırışına ən tez reaksiya verən ölkələr sırasında ikinci yeri tutur. Qeyd olunur ki, son il ərzində ölkədə kriminogen şərait yaxşılaşıb. Belə ki, ağır cinayətlərin sayı 2017-ci ildə 67,69 faiz təşkil edirdisə, 2018-ci ildə bu rəqəm 49,5 faizə düşüb. BƏƏ-də, həmçinin zorlamanın sayının rekord həddə aşağı səviyyədə qeydə alınıb - 1,2 faiz.

Qeyd edək ki, dünya üzrə reytinqdə təhlükəsizlik göstəricisinə görə ikinci yeri Sinqapur tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31