Çin Venesuelada 62 milyardın tələsinə düşüb

Çinin Venesuelaya verdiyi kreditlərin həcmi 62 milyard dollara çatıb.

Bu məlumatı ABŞ-ın Vudro Vilson Mərkəzi yanındakı Kissincer İnstitutu yayıb. Hesabata əsasən, Çin Venesuelada tələyə düşüb və köhnə kreditlərin geri qaytarılmasının təmin edilməsi üçün Karakasa yeni kreditlər vermək məcburiyyətindədir:

"2007-2017-ci illər ərzində Venesuela Çindən ümumilikdə 62 milyard dollar kredit alıb. Çin Venesuelanın böyük tərəfdaşı olsa da, Uqo Çavesin ölümündən sonra Karakasla maliyyə əlaqələrini azaldıb. Çin Venesuelaya məhdud vəsaitlər ayırır ki, ölkəyə borclarını ödəməsi üçün dəstək versin".

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31