Ermənistanda intihara cəhdlərin sayı 20 faiz artıb

Ermənistanda intihar cəhdlərinin sayı 20 faiz artıb.

Bunu Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin kapitanı Tiqran Sarkisyan bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə baş verən500 intihar cəhdindən 108-i ölümlə nəticələnib: "Özünü öldürənlər, əsasən, 40-60 yaşlı kişilərdir. Onlar da daha çox özünü asmaqla intihar edirlər".

T.Sarkisyan deyib ki, intihar cəhdləri, əsasən, Yerevan, Şirak və Lori vilayətlərində qeydə alınıb.

Psixoloq Arkadi Mehrabyan vurğulayıb ki, ölkədə baş vermiş intihar halları daha çox sosial-iqtisadi vəziyyətin ağırlığı ilə bağlıdır.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31