Ermənistanda kütləvi ixtisarlar olacaq

Ermənistanın yeni hakimiyyənin dövlət qurumlarında apardığı ixtisarlar davam edir.

"Joxovurd" nəşrinin mənbələrə istinadən yazdığına görə, ixtisarlardan sonra ən azı 100 məmur işsiz qalacaq.

Nəşr qeyd edir ki, ixtisar prosesinin ilkin mərhələsi əhaliyə xidmət göstərən sahələrin əməkdaşlarına toxunmayacaq. Sonrakı mərhələdə isə proses onları da əhatə edə bilər. Nazirliklər birləşdirildikdən sonra isə ayrı-ayrı şöbələrdə də ixtisarların kütləvi hal alacağı gözlənilir.

"Bu zaman hökumətdə çalışan və özünü doğrultmayan əməkdaşlar işdən azad ediləcəklər", - "Joxovurd" yazıb.Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31