Yəməndə partlayış –2 uşaq və bir müxbir həlak oldu

Yəmənin Əl-Maha qəsəbəsində partlayış qeydə alınıb. Olaylar.az bildirir ki, partlayış nəticəsində bir hərbi maşın yararsız hala düşüb. Əbu-Dabi televiziytasının bir müxbiri olmaq üzrə 6 nəfər həlak olub. Qeyd olunan televiziynın bir əməkdaşı və 20 nəfər ağır yaralanıb.

Həlak olanlardan ikisinin uşaq olduğu qeyd olunur. Yəmən rəsmiləri terror qruplaşmalarının məsuliyyəti öz üzərinə götürməyənə qədər heç bir açıqlama verməyəcəklərini bəyan ediblər.

Qeyd edək ki, 2017-ci ildən Maha qəsəbəsinə Yəmən ordusu nəzarət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31