Gürcüstandan vətəndaşlarına məsləhət: İmtina edin!

Gürcüstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müraciət edərək onları Liviyaya getməkdən imtina etməyə çağırıb.

Bu barədə nazirliyin saytında məlumat yayılıb.

Nazirliyin vətəndaşlara xəbərdarlığında deyilir ki, Liviyada yaranmış gərgin vəziyyət insanların təhlükəsizliyi üçün ciddi problemlər yarada bilər. Gürcüstan XİN məlum səbəblərdən Liviyada olan vətəndaşlarına hələlik heç bir kömək göstərə bilmir.

Qeyd edək ki, Gürcüstandan olan 22 yaşlı dənizçi David Razmadze yanvarın 16-da Liviyada itkin düşüb. Yanvarın 21-də dənizçinin cəsədi limana yaxın ərazidən tapılıb. İlkin ehtimallara görə D.Razmadzeni öldürüblər.

Dənizçinin cəsədi ekspertizada olduğu üçün hələlik Gürcüstana gətirilməyib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31