Türkiyə 80 minlik ordu ilə döyüşə girir? - Rus ekspert

Türkiyə Suriyada gələcəkdə baş tutacaq əməliyyatlar üçün tamamilə hazırdır.

Bu sözləri rusiyalı hərbi ekspert Vladimir Yevseyev deyib.

O bildirib ki, Ankara bu əməliyyatlarda qarşıya çıxacaq çətinlikləri və itkiləri nəzərə almalıdır:

"Əməliyyat sadəcə səhralıqda deyil, şəhərlərdə də aparılacaq. Məsələn, türk ordusu Kobanidə güclü müqavimətlə qarşılaşacaq. Türkiyə Afrində 8-12 min arası əsgərlə mübarizə apardı. Hələbdə buferzona yaradılmasında isə 5-6 min əsgər iştirak etdi. Türkiyə heç bir yerdə 15 mindən çox əsgərdən istifadə etmədi. Bu səbəbdən sərhəddəki mümkün əməliyyatlarda 80 min əsgərdən istifadə ediləcəyi yönündə yayılan məlumatlar həqiqətə uyğun deyil".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31