Netanyahu beynəlxalq müşahidəçiləri ölkədən qovur
29 Yanvar 2019 11:59 Dünyaİsrail Baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilində yerləşən Hebronda Müvəqqəti Beynəlxalq Mövcudluq (TİPH) müşahidəçilik qrupunun mandatını uzatmaqdan imtina edib.
Bu məlumatı İsrail baş nazirinin mətbuat xidməti yayıb. Məlumatda İsrailin bundan sonra da ona qarşı çıxan beynəlxalq güclərin ölkə ərazisində mövcudluğuna izn verilməyəcəyi bildirilib.
Qeyd edək ki, Xevron şəhərinin bir hissəsində fələstinlilər, digər hissəsində isə israillilər yaşayır. 1990-cı illərin ortalarından TİPH-in nümayəndələri şəhərdə müşahidəçilik aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31