Rusiya Menbiçin qərbinə daxil oldu - Türkiyə şokda
29 Yanvar 2019 12:30 DünyaRusiya hərbçiləri Türkiyənin xüsusi həssaslıq göstərdiyi Menbiç şəhərinin qərbində patrul xidmətlərinə başlayıb.
Bu barədə Türkiyənin "Hürriyət" qəzeti məlumat yayıb.
Fərat qalxanı bölgəsi ilə sərhəddə aparılan patrul xidmətinə Əsəd qüvvələrinin də qoşulduğu bildirilir.
Rusların patrul xidməti apardığı ərazilər arasında strateji baxımdan önəmli olan M4 magistralı da var. Bu yol Əl Babdan keçməklə Hələbə qədər gedir.
Qeyd edək ki, Rusiya və Əsəd qüvvələri Arimahda yerləşərək kiçik qərargah yaratmışdılar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31