Ermənistanın sabiq deputatının restoranında atışma olub, ölən və yaralananlar var

Ermənistanın sabiq deputatı Melik Manukyana məxsus restoranda atışma olub, ölən və yaralananlar var.

Hadisə Abovyanda yerləşən "Partez" restoran kompleksindəbaş verib. Hadisədən sonra olay yerində çox sayda güllə və giliz, qan izləri, "Makarov" və TT tipli tapançalar aşkar edilib.

Ölən şəxsin və 8 yaralının kimliyi müəyyənləşdirilir.

Fakt üzrə cinayət işi açılıb.

Mənbənin verdiyi məlumata görə, yaralılar arasında M.Manukyanın qohumları da var.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31