Tramp ABŞ prezidentliyinə mümkün namizədi qiymətləndirib

ABŞ prezidenti Donald Tramp "Twitter" mikrobloqunda Amerika lideri postuna mümkün namizəd, əvvəllər "Starbucks" restoranlar şəbəkəsinə rəhbərlik etmiş Hovard Şultsu qiymətləndirib.

Trampın fikrincə, Şultsun ölkəyə rəhbərlik etmək və ya 2020-ci il prezident yarışmasında iştirak etmək üçün zəruri olan keyfiyyətləri yoxdur.

"Hovard Şultsun prezident seçkilərində iştirak üçün bağırsağı çox nazikdir!" - deyə o bildirib.

Tramp həmçinin kanallardan birində Şutlsun müsahibəsinə baxdığını bildirib: "Mən biznesmen sözləri ilə razıyam, lakin etiraf edim ki, o, ölkənin "ən ağıllı adamı" deyil."

Amerika liderinin fikrincə, ABŞ-ın "ən ağıllı adamı" artıq var.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31