Birinci vitse-prezident: "İran Suriyanın silahlı münaqişədən sonra bərpasına yardım edəcək"
29 Yanvar 2019 11:18 Dünyaİran Suriyanın silahlı münaqişədən sonra bərpasına yardım edəcək.
Bu barədə İranın birinci vitse-prezidenti Eshak Cahangiri Dəməşqə səfəri zamanı bildirib.
E.Cahangiri deyib: "Biz Suriyanı terrorrizmlə mübarizədə dəstəklədiyimiz kimi yenidənqurma dövründə də dəstəkləyəcəyik".
Birinci vitse-prezident qeyd edib ki, onun səfəri çərçivəsində İran və Suriya bank sahəsində saziş imzalayıblar.
E.Cahangiri həmçinin bildirib ki, İran Suriyanın Latakiya əyalətində elektrik stansiyası tikəcək.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31