Meksikada tropik fırtına insan ölümünə səbəb olub

Meksikanın Kintana Roo ştatında tropik fırtına nəticəsində 1 nəfər həlak olub, 4 nəfər isə itkin düşüb.

Lasaro Kardenas bələdiyyəsində göyərtəsində 4 nəfər olan balıqçı gəmisi itkin düşüb. Playe-del-Karmendə ağac və reklam lövhələrinin aşmasl nəticəsində bir neçə nəfər xəsarət alıb, Kankun şəhərində isə bir nəfər həlak olub.

Dünya turistləri arasında populyar olan Kankun, Holboş, Playe-del-Karmen və İsla-Muheres şəhərlərində güclü külək çox sayda ağaçı aşırıb, bir neçə ev su altında qalıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31