AB türk ölkəsinə gizli şəkildə silah göndərir
28 Yanvar 2019 17:01 DünyaTürkmənistan AB ölkələrindən çoxlu sayda silah alır.
Bu məlumatı "Bellingcat" araşdırma qrupu yayıb. Məlumata görə, Türkmənistana silah daha çox İtaliyadan verilib.
2007-2017-ci illər ərzində Türkmənistan Avropa ölkələrindən 370 milyon avro dəyərində silah alınıb ki, bunun da 76%-i Romanın payına düşüb. Araşdırma qrupu İtaliyanın silah tədarükünü müxtəlif adlar altında gizlətdiyini vurğulayıb.
Qeyd edək ki, 2008-ci ildə AB ölkələri repressiv ölkələrə silah ixracını qadağan edib. Bununla bərabər İtaliyanın özünün də insan haqları üzrə beynəlxalq konvensiyaları pozan ölkələrə silah tədarükünü qadağan edən qanunu mövcuddur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31