Trampın qolf klubunda çalışan 12 qeyri-qanuni miqrant işdən azad edilib

Donald Trampın qolf klubunda saxta sənədlərlə çalışan 12 əməkdaş işdən azad edilib. Klubun rəhbərləri bildiriblər ki, onların işdən çıxarılma səbəbi mühacirət sənədlərinin etibarsız olmasıdır.

Qeyri-qanuni miqrantların vəkili Anibal Romeronun bu məsələ ilə bağlı müraciətində klub müdiriyyətinin sözlərinin cəfəngiyyat olduğu, bu insanların təşkilatda 12-14 il işlədikləri və əməkdaşların mühacirət statusundan rəhbərliyin xəbərdar olması bildirilir. Vəkil ABŞ Prezidenti Donald Trampın qolf klubunda çalışan qeyri-leqal miqrantlardan birində hətta Trampın oğlu Erikin yataq otağının açarının olmasını da qeyd edib. Həmçinin vurğulanır ki, işdən azad edilənlərin bir çoxu illərdir Trampla çalışıblar və işlərinin müqabilində mükafatlar alıblar.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31