BMT-nin xüsusi məruzəçisi Kaşıkçının qətli ilə bağlı Türkiyədə səfərdədir
28 Yanvar 2019 16:50 DünyaBMT-nin məhkəmədənkənar edamlar məsələsi üzrə xüsusi məruzəçisi Anes Kalamar jurnalist Camal Kaşıkçının qətli ilə bağlı təhqiqat aparmaq üçün Türkiyəyə səfərə gəlib.
Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Anes Kalamar arasında görüş olub. Görüşdə tərəflər jurnalist Camal Kaşıkçının qətlinin açılması ilə bağlı fikir və mülahizələrini bölüşüblər.
Bildirilir ki, Anes Kalamarın Türkiyəyə səfəri fevralın 2-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31