Kerç körfəzində həlak olmuş dörd türkiyəli dənizçinin meyitləri İstanbula göndəriləcək
28 Yanvar 2019 16:47 DünyaKerç körfəzində tankerlərdə baş vermiş yanğın nəticəsində həlak olmuş dörd türkiyəli dənizçinin meyitləri Simferopoldan Moskvaya aparılıb və oradan İstanbula göndəriləcək.
Bu məlumatı Kerç şəhəri administrasiyasının rəhbərinin müavini Dilavər Melqaziyev verib. Onun sözlərinə görə, altı hindistanlı dənizçinin meyitlərinin göndərilməsi məsələsi də həll olunur.
Xatırladaq ki, yanvarın 21-də Kerç körfəzində Türkiyə şirkətinə məxsus tankerlərdə yanğın baş vermişdi. İnsident nəticəsində 10 dənizçi həlak olub, 1 nəfər xilas edilib. Yanğını söndürmək hələ də mümkün olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31