Qarabağ separatçısından Paşinyana ittiham: Gülünc...

Qarabağ separatçılarının "milli təhlükəsizlik şurası"nın katibi Vitali Balasanyan Ermənistanın eks-prezidenti Robert Köçəryana qarşı iddiaları gülünc adlandırıb.

Bunu Balasanyan jurnalistlərə açıqlamasında deyib. O, Ermənistanda konstitusion nizamı dəyişməyə hakimiyyətdə olmayan qüvvənin gerçəkləşdirməsinin daha real olduğunu və hakimiyyətdə olan şəxsin buna ehtiyacı olmadığını deyib.

Balasanyan zamanı gələndə hazırkı hökumətin atdığı addımlara görə utandığını deyəcəyini vurğulayıb.

Qeyd edək ki, bu, Qarabağ klanının və qondarma rejimin Paşinyan hökumətinə qarşı ilk addımı deyil. Bundan öncə separatçı rejimin bəzi nümayəndələri və hətta "parlamenti" belə Köçəryanın azad edilməsi tələbiylə çıxış etsə də, Paşinyanın rejimi sərt tənqidindən sonra vəziyyət dəyişib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31