Məhəmməd Əşrəf Qani: "Əfqanıstan hökuməti ölkədə xarici qoşunların olmamasına çalışacaq"
28 Yanvar 2019 16:01 DünyaƏfqanıstan hökuməti ölkədə xarici qoşunların olmamasına çalışacaq.
Bu barədə ölkə Prezidenti Məhəmməd Əşrəf Qani deyib.
"Xarici qoşunların sayını dəqiq plana əsasən, sıfıra çatdırmağa çalışacağıq", - deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, hazırda Əfqanıstanda 14 mindən artıq ABŞ hərbçisi var.
Bundan əvvəl ABŞ və "Taliban" hərəkatı xarici qoşunların ölkədən çıxarılması planını razılaşdırdıqları bildirilmişdi.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31