İrəvan Ukraynada hərbi attaşelik yaradır
24 Yanvar 2019 14:58 DünyaErmənistan hakimiyyəti İrəvanın Ukraynadakı səfirliyi yanında hərbi attaşe vəzifəsi yaradılması haqqında qərar qəbul edib.
Bununla bərabər Ermənistanın Rusiyadakı səfirliyinin hərbi attaşesinin köməkçisi vəzifəsi də yaradılıb. Yeni vəzifələrin yaradılması təklifini Ermənistan Müdafiə naziri David Tonoyan irəli sürüb.
Rəsmi İrəvan Ermənistanın Ukraynadakı səfirliyində hərbi attaşe vəzifəsinin yaradılmasının Ermənistan-Ukrayna hərbi, hərbi-texniki və hərbi-siyasi əlaqələrində yeni impuls olacağı və Ermənistanın maraqlarına toxunan proseslərə zamanında reaksiya verməyə imkan yaradacağını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31