Kiyev məhkəməsi sabiq prezident Yanukoviçi dövlətə xəyanətdə günahkar bilib
24 Yanvar 2019 13:23 DünyaKiyevin Obolon rayon məhkəməsi Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviçi dövlətə xəyanətdə günahkar bilib.
"Müttəhimin təqsirkar olduğunu qəbul etməməsinə baxmayaraq, məhkəmə, şahidlərin ifadələrini dinlədikdən, ekspertlərin sübutlarını, sənədləri və maddi sübutları araşdırdıqdan, müdafiə və ittihamçı tərəfi dinlədikdən sonra onun cinayətin törədilməsində təqsirinin sübuta yetirildiyini hesab edir", - hakim deyib.
Bu gün məhkəmə qərarı oxumağa başlayıb. Amma o, qiyabi hökm olacaq, çünki sabiq prezident 2014-cü ildən bəri ölkə xaricindədir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31