Su-27 "Qolfstrim"i belə yaxaladı - Video

Rusiya Baltik dənizindəki İsveç təyyarəsinin neytral zonada ələ keçirilməsi üçün Su-27 qırıcılarını havaya qaldırıb.

Bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, Su-27 havalandıqdan sonra İsveç təyyarəsinə yaxınlaşıb və onun İsveç Hərbi Hava Qüvvələrinin "Qolfstrim" kəşfiyyat təyyarəsi olduğunu müəyyən edib. İsveç təyyarəsinin uçuşu transponder işə salmadan həyata keçirdiyi aşkarlanıb.

Bundan sonra təyyarə Rusiya sərhədləri yaxınlığından uzaqlaşıb.

Rusiya Müdafiə Nazirliyi sözügedən əməliyyatın görüntülərini paylaşıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31