Rusiya yalnız gücə hörmət edir: güclü olmalıyıq - Berlin
24 Yanvar 2019 11:55 DünyaRusiya gərək qaydalar üzrə oynasın.
Bunu Davos Ümumdünya İqtisadiyyat Forumunda çıxışı zamanı Almaniya Müdafiə naziri Ursula fon der Lyayen deyib. Onun sözlərinə görə, Qərb Rusiyadan güclü olmağa məhkumdur:
"Bizim maraqlarımız Rusiyanı qaydalarla oynamağa inandırmaqdır. Aydın şəkildə demək istəyirəm ki, qaydalarla oynamaq nizamın yaradılması deməkdir. Bu həmçinin digər ölkələrin suverenliyinə hörmət anlamına gəlir. Qərb Rusiyadan güclü olmağa məcburdur. Moskva ancaq gücə hörmət edir. Digər tərəfdən, Rusiya bizim qonşumuzdur, qonşumuz olaraq da qalacaq. Biz bunun üzərində işləməliyik. Ona görə də güclü olmaq, dəyərlər məsələsində qətiyyətli olmaq gərəkdir, əks təqdirdə Rusiya heç vaxt bizə hörmət etməyəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31