ABŞ Münhen Təhlükəsizlik Konfransına Pensi göndərir
24 Yanvar 2019 12:22 DünyaABŞ-ı Münhen Təhlükəsizlik Konfransında vitse-prezident Mayk Pens təmsil edəcək.
Bunu "RİA Novosti"yə açıqlamasında Münhen Təhlükəsizlik Konfransının rəhbəri Volfqanq İşiger deyib. Onun sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransına gələcək ABŞ nümayəndə heyətinə həmçinin Dövlət katibi Mayk Pompeo da daxil olacaq.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı fevralın 15-də başlayacaq və 17-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31