ABŞ diplomatlarını Venesueladan çıxartmaqdan imtina edib

Birləşmiş Ştatlar VenesueladaNikolas Maduronun prezidentliyini tanımır və bu ölkədəki diplomatlarını təhlükə altına qoyan hər bir kəsi məsuliyyətə cəlb etmək üçün müvafiq tədbilər görəcək.

Bunu ABŞ-ın dövlət katibi Maykl Pompeodeyib.

"Birləşmiş Ştatlar Venesuela ilə diplomatik əlaqələri dəstəkləyir və bizim missiyaya Venesuelada qalmağı təklif edən müvəqqəti prezident Xuan Quaido hökuməti ilə onları saxlayacaq", - deyə Pompeo bildirib.

Onun sözlərinə görə, Vaşinqton sabiq prezident Maduronun ABŞ-la diplomatik əlaqələri kəsmək hüququnu tanımır.

Venesuela prezidenti Nikolas Maduro ölkəsinin Birləşmiş Ştatlarla diplomatik əlaqələri kəsdiyini bəyan edib və ABŞ diplomatlarına ölkəni tərk etmək üçün 72 saat vaxt verib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31