Silvio Berluskoni Avropa Parlamenti seçkilərində iştirak edəcək

İtaliyanın sabiq Baş naziri, İrəli İtaliya Partiyasının sədri, 82 yaşlı Silvio Berluskoni may ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə namizədliyini irəli sürmək fikrində olduğunu bildirib.

Qocaman siyasətçi Sarduniyadakı partiya tədbirlərinin birində "Artıq dəyişməyə möhtac olan Avropada səsimi eşitdirmək üçün seçkilərdə iştirak etmək qərarına gəlmişəm" deyib.

Xatırladaq ki, S.Berluskonu İtaliyada 3 dəfə hökumət başçısı seçilib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31