Məşhur çimərlikdə dəhşət — Timsah turistlərə hücum etdi

Kolumbiyanın şimalındakı Santa Martadakı Tayrona milli parkında qorxulu hadisə baş verib.

İri bir timsah turistlərin olduğu çimərliyə hücum edib. Timsahla üz-üzə qalan turistlər nə edəcəklərini bilməyiblər.

Timsah yaşadığı sahədən qaçaraq kolların arasından çimərliyə çıxıb. Baş verənləri turistlərdən biri mobil telefonunun yaddaşına köçürüb. Turistlər qaçaraq pərən-pərən düşüblər. Sahil boşalıb və timsah meydanda tək qalıb. Uzun müddət sonra timsah gəldiyi yerə qayıdıb.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31