Çində 5 min il əvvəl mövcud olmuş yaşayış məntəqəsi aşkarlanıb
15 Yanvar 2019 17:39 DünyaÇin arxeoloqları Xunan vilayətində neolit dövrünə aid yaşayış məntəqəsinin qalıqları olan müdafiə divarlarını və xəndəkləri aşkarlayıblar.
Tarixçi-arxeoloqlar 25 hektarlıq sahəsi olan yaşayış məntəqəsinin eramızdan əvvəl 3-cü minillikdə salındığını və təxminən min il istifadə olunduğunu güman edirlər.
Arxeoloji qrupun rəhbəri Van Lyancı bildirib ki, yaşayış məntəqəsinin 2 qat xəndəklə əhatə olunması o vaxtkı dövr üçün Yanqzı çayı regionunda nadir haldır. Bundan başqa, yaşayış məntəqəsinin divarlarının inşasında bir neçə materialdan istifadə olunub ki, bu da Çində tapılmış digər qədim yaşayış məntəqələrinin divarlarından fərqlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31