Rusiyanın Şaxtı şəhərində yanvarın 16-da matəm günü elan edilib

Qaz partlaması nəticəsində doqquzmərtəbəli yaşayış evində insan tələfatı ilə əlaqədar Rusiyanın Rostov vilayətinin Şaxtı şəhərində yanvarın 16-sı matəm günü elan edilib.

Bu barədə şəhər administrasiyasının mətbuat xidməti bildirib.

Xatırladaq ki, yanvarın 14-də Şaxtı şəhərindəki doqquzmərtəbəli binada partlayış baş verib. Nəticədə dörd mənzil tamamilə dağılıb, iki nəfər həlak olub, dağıntılar altından yeddi nəfər xilas edilib, üç nəfərin taleyi haqqında məlumat yoxdur. Faciə ilə bağlı cinayət işi qaldırılıb.

AZƏRTAC 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31