İranla "Taliban" arasında danışıqlar olub
15 Yanvar 2019 17:28 Dünya"İran Əfqanıstanda sabitliyi dəstəkləmək və İŞİD tərəfdarlarının planlarını pozmaq üçün "Taliban"la danışıqlar aparıb".
Bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin sədriHeşmətulla Falaxatpişə deyib.
Onun sözlərinə görə, "Taliban"la görüş İslam Respublikasının bu təşkilatı tanıması demək deyil: "İran tarixi səbəblər baxımından "Taliban"la fikir ayrılığına malikdir".
Komitə sədri "Taliban"ın Əfqanıstanda hakimiyyətdə təmsil olunduqlarının bir həqiqət olduğunu təsdiqləyib: "İran Əfqanıstanı "Taliban"dan daha təhlükəli sayır".
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31