Almaniya Müdafiə Nazirliyinin əməkdaşı casusluqda şübhəli bilinir
15 Yanvar 2019 17:22 DünyaAlmaniya Müdafiə Nazirliyinin (bundesvehr) əməkdaşı Əbdül Həmid bir neçə il ərzində ən məxfi məlumatları İranın gizli xidmət orqanlarına ötürməkdə şübhəli bilinərək saxlanılıb.
Ölkəşünaslıq və dilçilik məsləhətçisi vəzifəsində çalışan, həm Almaniya, həm də Əfqanıstan vətəndaşı olan, 50 yaşlı Ə.Həmidin həbsi üçün Federal Prokurorluq tərəfindən hələ ötən ilin dekabrın 6-da order verilmişdi.
"Der Spiegel"ə görə, iş vəzifəsilə əlaqədar olaraq, şübhəli Əfqanıstandakı hərbi əməliyyatlar da daxil olmaqla bir çox mühüm məlumatları əldə etmək imkanına malik olub
."Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31