Ərdoğan yanvarın 23-də Putinlə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin yanvarın 23-də görüşəcək.

Bu barədə jurnalistlərə Türkiyənin dövlət başçısı bildirib.

"Böyük ehtimalla, Putinlə çərşənbə günü - yanvar 23-də görüşəcəyik", - o deyib.

Daha əvvəl R.T.Ərdoğan və V.Putinin yanvar ayında Rusiyada görüş keçirəcəkləri bildirilmişdi.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31