Gürcüstanda yeni müxalif partiya yaradılır
15 Yanvar 2019 16:07 DünyaGürcüstanda yeni Qanun və Hüquq Partiyası yaradılacaq.
Siyasi qurumun təsisçisi kimi publisist Tako Çarkviani çıxış edəcək.
O bildirib ki, partiyanın məqsədi korrupsiya ilə mübarizə və antikorrupsiya planının hazırlanması olacaq.
T.Çarkvianinin sözlərinə görə, partiya regional inkişaf istiqamətində fəaliyyət göstərəcək və sağ-mərkəzçi ideologiyaya xidmət edəcək.
Partiyanın bu ilin fevral ayında təsis olunması planlaşdırılıb. Hazırda siyasi təşkilatın təqdimat tarixi və proqramı dəqiqləşdirilir.
Qeyd edək ki, T.Çarkviani ötən ilki prezident seçkiləri dövründə və sonralar hakimiyyətə və prezident seçilmiş Salome Zurabişviliyə qarşı bir neçə kəskin bəyanat səsləndirib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31