Rusiyada xaricə gedənlər üçün vergi tətbiqi təklif olunur

Rusiyada ölkədən xaricə gedən hər kəsdən, təqribən, 7,5 ABŞ dolları məbləğində vergi tutmaq təklifi irəli sürülüb.

"Avanti" adlı işgüzar vətənpərvərlik təşkilatı tərəfindən Dövlət Dumasına göndərilən layihə ölkə ərazisində 24 saatadək dayanacaq verən tranzit sərnişinlər istisna olmaqla, istər yerli vətəndaşlara, istərsə də əcnəbilərə şamil olunur.

Layihə müəlliflərinin fikrincə, Rusiyada turizmi inkişaf etdirmək üçün geniş imkanlar açıldığı hazırkı dövrdə bu təklifi həyata keçirməklə dövlət ildə 890 min ABŞ dolları məbləğində əlavə gəlir əldə edə bilər.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31