Kim Çenə şad xəbər: Cənub artıq “düşmən” deyil
15 Yanvar 2019 15:52 DünyaCənubi Koreyada yayımlanan ikiillik müdafiə hesabatından Şimali Koreya hökuməti və ordusu ilə bağlı "düşmən" ifadəsi çıxarılıb.
Sözügedən hesabat Cənubi Koreyanın Müdafiə Nazirliyi tərəfindən yayımlanıb.
"Ağ hesabat" adlandırılan sənəddə 2010-cu ildən sonra ilk dəfə Şimali Koreya ilə bağlı "düşmən", "mövcud düşmən" və "əsl düşmən" ifadələri işlədilməyib.
Xatırladaq ki, 2 il əvvəl yayımlanan hesabatda Şimali Koreyanın kütləvi qırğın silahları Cənubi Koreyanın təhlükəsizliyinə təhdid kimi göstərilmişdi. Bu təhdidlər davam etdiyi müddətdə isə Şimali Koreyanın düşmən olacağı qeyd olunmuşdu.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31