Vaşinqtonun Türkiyəni iqtisadi cəhətdən çökdürmək planı

Birləşmiş Ştatlar Rusiya və İrandan sonra bütün gücünü Türkiyəni zəiflətməyə. onu iqtisadi cəhətdən çökdürməyə səfərbər edib. Siyasi təzyiqlərlə paralel olaraq iqtisadi cəhətdən də Ankaraya təsir imkanlarını artıran Vaşinqtonun başlıca hədəf qardaş ölkəni Yaxın Şərqdən, xüsusilə də Suriyadan sıxışdırıb çıxartmaqdır.

Birləşmiş Ştatlar Rusiya və İrandan sonra bütün gücünü Türkiyəni zəiflətməyə. onu iqtisadi cəhətdən çökdürməyə səfərbər edib. Siyasi təzyiqlərlə paralel olaraq iqtisadi cəhətdən də Ankaraya təsir imkanlarını artıran Vaşinqtonun başlıca hədəf qardaş ölkəni Yaxın Şərqdən, xüsusilə də Suriyadan sıxışdırıb çıxartmaqdır. Ancaq Ankara hələlik Vaşinqtonun bu təzyiqlərinə qarşı dirəniş göstərməkdədir. Hətta Türkiyənin Birləşmiş Ştatlara cavabı da gecikmir. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, ABŞ prezidenti Donald Trampın Tvitterdə "Türkiyəni iqtisadi cəhətdən çökdürəcəyik"- mesajından sonra, Ankaranın cavabı gecikmədi. Onun sözlərinə görə, Ankara bir daha sübut etdi ki, öz təhülkəsizliyi naminə bütün təhdidlərdən geri çəkilməyəcək: "Qeyd edim ki, Donald Trampın bu mesajı iki ölkə arasında müttəfiq əlaqələrinə zərbə və Ankaranın Rusiyaya daha yaxınlaşmasına gətirir. Demək olar ki, Vaşinqtonu Suriyada strategiyası Türkiyə əleyhinə formalaşıb. ABŞ müttəfiqi Türkiyə ilə deyil, Türkiyənin düşməni YPG ilə koordinasiyalı fəaliyyət göstərməklə, Ankarnı Yaxın Şərq siyasətində küncə sıxışdırmaq istəyir. Donald Trampla Rəcəb Tayyib Ərdoğan məlum tvitterdən sonra telefonla danışıblar. Bu telefon danışığında Menbiclə bağlı "Yol Xəritəsi" hazırlanması, ABŞ qoşunlarının da çəkilməsi qeyd edilib. Türkiyənin əsas hədəfi cənub sərhədlərində "təhlükəsizlik" zonası yaratmaq, xüsusi ilə YPG terror təşkilatını Fəratın Şərqindən təmizləməkdi. Təbii ki, ABŞ Türkiyənin qərarlığı nəticəsində geri addım atacaq. YPG gedən proseslər fonunda Vaşinqtonun təlimatı ilə ərazilərdən çəkilcək. Əgər, çəkilməsə Türkiyə ordusu əməliyyatlara gedəcək. Ankara məhz Vaşinqtonun YPG-ya çəkil təlimatının verilmıəsini gözləyir".

Politoloq deyir ki, ABŞ YPG-nin Türkiyə ordusu ilə müharibəyə girməsinə razı olmayacaq: "Çünki, bir neçə il ərzində hazırladığı bu silahlı dəstələrin Türkiyə ordusu tərəfindən məhv edilməsi Vaşinqtonun maraqlarına cavab vermir.  Ona görə də Vaşinqton, YPG Menbic və Fəratın Şərqindən geri çəkəcək. Əgər, Vaşinqton Türkiyəyə qarşı YPG-dan açıq döyüşdə istifadə edərsə, bu Vaşinqton Ankara diplomatik əlaqələrinin kəsilməsinə gətirə bilər. Həmçinin Suriyada yeni böhranın alovlanmasına səbəb olar".

Məhəmməd Əsədullazadə onu da bildirib ki, Birləşmiş Ştatlar İrana qarşı siyasi-hərbi plan hazırlayır. Bu plana əsasən, İran Yaxın Şərqdən sıxışdırılaraq izolyasiya oluncaq: "Həmçinin daxili problemlərə cəlb ediləcək.  ABŞ Tehrana qarşı fəal hərbi əməliyyata başlamasa da, iqtisadi müharibə ilə bu ölkəni zəiflədəcək. Nəticədə, İran iqtisadiyyatı tənəzzülə doğru irəliləyir. Birləşmiş Ştatların dövlət katibi M. Pompeonun Yaxın Şərq turneri məhz İran ətrafında həlqə formalaşdırmağa hesablanıb. Bu plana əsasən yaradılacaq "Ərəb NATO" -su məhz İran və Türiyənin regionda mövqeyinin zəiflədilməsinə hesablanıb".

Politoloqun sözlərinə görə, ABŞ İrana qarşı sanskiyaları genişləndirməklə, ölkədə sosial partlayışlara zəmin hazırlayır: "Bu etirazlar fonunda Bəllucistan və Əhvazda etnik qarşıdurmanın alovlanması, silahlı dəstələrin İran təhülkəsizlik qüvvələrinə qarşı hücumları genişlənəcək. Qeyd edim ki, İranın ballistik raket sınaqları, orbitə peyk göndərməsi və Fars körfəzində raket gəmilərinin sayını artırması qarşıdurmanı pik həddə çatdırır.  ABŞ-ın əsas strategiyası, İranı zəif bir dövlət halına gətirmək, İraq ssnerisini burada tətbiq etməkdir". Məhəmməd Əsədullazadə hesab edir ki,  İran ətrafında baş verənlər Azərbaycanı da yaxından maraqlandırır: "Azərbaycanla İran arasında iqtisadi əlaqələr son illərdə inkişaf edib. Birgə müəssisələr, layihələr həyata keçirilib. Xüsusi ilə "Şimal-Cənub Nəqliyyat" dəhlizinin açılışı sual altındadır. Getdikcə İranın iqtisadi inkişafının geri getməsi, bu ölkə ilə əməkdaşlıq cəlbedici olmayacaq. Ölkəmiz üçün əlavə siyasi probelmlərə yol aça bilər. Ona görə də bir müddətdən sonra Şimal-Cənub Nəqliyyat Dəhlizindən istifadə əhəmiyyəti olamayacaq. Həmçinin bu marşutdan istifadə etmək ABŞ-ın ölkəmizə qarşı mənfi siyasətinin formalşamasına gətirib çıxara bilər. Bu layihə ölkəmizin maliyyə və siyasi maraqlarına cavab versə də, Rusiya və İranın geosiyasi və iqtisadi maraqlarını təmin etdiyindən Vaşinqton buna qarşı olacaq. Bundan əlavə, Azərbaycan maksimum ABŞ-ın İrana qarşı genişlənən siyasi təzyiqlərində neytral qalmalı, amma İranla şirkətlər üzərindən ticari əlaqələrini minimuma endirməlidir. Regionumuzda xüsusi ilə Xəzər dənizinin də militrailitləşməsi Rusiya və İran tərəfindən həyata keçirilir.  Bu da ABŞ-ın regionada siyasətinə qarşıdır. Göründüyü kimi İran ABŞ qarşıdurmasında nə qədər neytral olsaq da, ölkəmizə təsirləri qaçılmaz olacaq".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31