Kremldən Kiyevə mesaj: Bu konflikt bitməyəcək
15 Yanvar 2019 13:21 DünyaDonbasdakı konfliktin uzun onilliklər boyunca dondurulmuş vəziyyətdə qalması Kiyevdən asılıdır.
Bunu "Arqumenti i Faktı" qəzetinə müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Hər şey Kiyevdən asılıdr. Əgər burada müharibə partiyası hakimiyyətdə qalsa, o zaman konfliktin bitməsi şansı yoxdur. Hazırda Ukrayna siyasi arenasında problemin dialoq yolu ilə həllinə çağırış edən qüvvə yoxdur. İşlər həqiqətən pisdir", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31