İsveç məhkəməsi dilənçiliyi qadağan etdi
19 Dekabr 2018 13:58 Dünyaİsveçdə məhkəmə ölkənin cənubundakı Vellinge şəhərində pul dilənməyi qadağan edib.
Bu qərar dilənçilər tərəfindən bir neçə dəfə ictimai asayişin pozulması ilə əlaqədar qəbul edilib.
Eyni zamanda, hüquq müdafiəçiləri məhkəmənin bu qərarını tənqid edib. Onların fikrincə, bu, ən yoxsul insanların cəmiyyətdən daha da təcrid olunmasına gətirib çıxaracaq.
Qeyd edək ki, dilənçiliyə qadağa Danimarka ərazisində qüvvədədir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31